Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı 200 mini ötdü
Fevral ayının 23-ü üçün 200 mindən artıq vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib.
Bu barədə "MediaPost"a Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlik vətəndaşları, xüsusən yaşı 50-dən yuxarı olan şəkərli diabet xəstələrini COVID-19 virusuna qarşı vaksinasiyaya dəvət edib.