"Azərbaycanda koronavirusa ən çox yoluxanlar qadınlardır" - TƏBİB
24.04.2020 17:44 Cəmiyyət

"Azərbaycanda koronavirusa ən çox yoluxanlar qadınlardır" - TƏBİB

"MediaPost" xəbər verir ki, bunu bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bugünkü brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 5% hallarda 0-9 yaş aralığında yoluxmalar var: "Eyni zamanda 2% hallarda da 80 yaşdan yuxarı yoluxma faktlarını görə bilərik. Yoluxanların cinsiyyət üzrə bölgüsünə görə 54 faiz qadınlar, 46 faiz isə kişilər təşkil edib. Vəfat edənlərin yaş qrupu 60-69 yaş arasında ölüm faizi daha yüksək olub. Yalnız bir xəstəmiz 40-49 yaş arasını əhatə edib ki, burada da 10 gün müddətində davam edən qaraciyər serrozu önəmli olub".

Xəbərlər departamenti

Gündəm