Azərbaycanda koronavirusa görə xəstəxanada neçə nəfər qalıb? - RƏSMİ
06.02.2020 08:17 Cəmiyyət

Azərbaycanda koronavirusa görə xəstəxanada neçə nəfər qalıb? - RƏSMİ

"Report"a daxil olan məlumata görə, fevralın 6-dək Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 6 nəfər qalıb.

Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

"Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar", - birgə məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 7 nəfər həkim nəzarətində idi.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm