Azərbaycanda koronavirusdan sağalanların sayı açıqlanıb
29.04.2020 16:45 Cəmiyyət

Azərbaycanda koronavirusdan sağalanların sayı açıqlanıb

Bu barədə "MediaPost"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1267 nəfər müalicə olunaraq sağalmış, 23 nəfər vəfat etmiş, 476 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Xəbərlər departamenti

Gündəm