“Azərbaycanda mayninq ferması olanlar var” - "Bitcoin" istehsal edirlər
26.02.2020 12:24 İqtisadiyyat

“Azərbaycanda mayninq ferması olanlar var” - "Bitcoin" istehsal edirlər

Bunu “MediaPost”a kriptovalyutalar üzrə mütəxəssis Elnur Quliyev bildirib.

“Az da olsa, mayninq edib bitcoin saxlayırlar. Bu tip fermalar əsasən xırda olur. Ölkədəki ən iri mayninq ferması isə Sumqayıtda Texnalogiyalar Parkında (STP) yerləşir”, - deyə Elnur Quliyev bildirib.

Mütəxəssis ölkəmizdə ən çox bitkoinə və az da olsa, etheriuma marağın olduğunu bildirib: "Buna səbəb isə bu kriptovalyutalara bütün dünyada böyük marağın olmasıdır. Həmçinin bu kriptovalyutaların birja dövriyyələri çoxdur".

“Digər kriptovalyutaları daha çox bitkoinə çevirib nağdlaşdırmaq olur. Kriptovalyuta bankomatlarının 99% bitkoini dəstəkləyir. Digər kriprovalyutaları isə yox. Bu bankomatlarda əsasən koinlər arasında ilk onluqda olanları nağdlaşdırmaq mümkündür. Ona görə bütün dünyada olduğu kimi ölkəmizdə də bu koinlərə maraq çoxdur”, - deyə ekspert bildirib.

“İndi "Bitcoin" alsanız, 2 ildən sonra daha baha satacaqsınız”

Mütəxəssis hansı krioptovalyutaya investisiya edilməli olduğuna münasibət bildirərkən qeyd edib ki, ilin əvvəlində bunu demək bir qədər çətindir. Amma bitkoinə investisiya etmək daha məqsədəuyğundur:

“Bitkoinə uzunmüddətli investisiya etmək olar. Ən azı 2 ildən sonra indikindən iki dəfə baha olacaq. Hər iqtisadi siyasi böhran zamanı bitkoinin qiymətinə müsbət təsir olur. Digər kriptovalyutaların ucuzlaşıb bahalaşması da bitkoinlə bağlıdır. Bitkoin ucuzlaşanda onlar da müəyyən qədər ucuzlaşır və bahalaşır”.

Xəbərlər departamenti

Gündəm