Azərbaycanda media subyektlərinin vergidən azad edilməsinin 5 il müddətinə artırılması təklif edilib
06.02.2023 12:12 Maliyyə

Azərbaycanda media subyektlərinin vergidən azad edilməsinin 5 il müddətinə artırılması təklif edilib

Azərbaycanda media subyektlərinin vergidən azad edilməsinin 3 ildən il müddətinə artırılması təklif edilib.

MediaPost xəbər verir ki, belə bir təkliflə bu gün keçirilən Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Mahir Abbaszadə çıxış edib.

"Media subyektlərinin 3 il müddətinə vergidən azad edilməsi dövlət üçün 10 milyon manata başa gəlibsə, düşünürəm ki, 5 il müddətinə vergidən azad olunması medianın inkişafı üçün 15-16 milyon manat başa gəlməsi elə də yük olmayacaq", - M.Abbaszadə bildirib.

Deputat hesab edir ki, vergi güzəştlərinin üç ildən beş il müddətinə artırılması bu sahədə inkişafa təkan verəcək: "Mənə elə gəlir ki, bu da dövlət büdcəsi üçün o qədər də böyük problem olmayacaq. Bu sahədə addığımız addımlar gələcəkdə edilən güzəştlərin nəticələrini də göstərə bilər".

Xəbərlər departamenti

Gündəm