Azərbaycanda minik avtomobilləri yanıb
09.08.2020 11:11 Gündəm Hadisə

Azərbaycanda minik avtomobilləri yanıb

Bakı şəhərinin Nəsimi rayonunda “Daewoo” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

“MediaPost” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şamaxı rayonunun Çöl Göylər kəndində isə “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəbərlər şöbəsi

Gündəm