Azərbaycanda minimum əməkhaqqı mərhələlərlə artırılacaq
13.02.2020 17:00 Cəmiyyət

Azərbaycanda minimum əməkhaqqı mərhələlərlə artırılacaq

"Report" xəbər verir ki, bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə tapşırılıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm