Azərbaycanda ödənişli xidmətlərdən büdcə daxilolmaları 31% artıb
2022-ci ildə Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən 804,1 milyon manat vəsait daxil olub.
MediaPost Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 31,2% çoxdur.
Hesabat dövründə büdcəyə sair daxilolmalar isə 529,1 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 28,4% çoxdur.