Azərbaycanda oğlan hamamda səhvən özünü yandırıb - TƏFƏRRÜAT
03.02.2020 07:38 Hadisə

Azərbaycanda oğlan hamamda səhvən özünü yandırıb - TƏFƏRRÜAT

"MediaPost"un “Qafqazinfo”ya istinadən xəbərinə görə, hadisə fevralın 1-i saat 23 radələrində rayonun Cavad kəndində baş verib.

1998-ci il təvəllüdlü Elvin Zeynalov hamamda yuyunarkən sabunlanan zaman sabun əlindən yerə düşüb. O, gözü sabunlu olduğu üçün onu götürə bilməyib və yerdən su götürərək üzünü yumaq istəyib. Lakin səhvən yerdən neftlə dolu qabı götürüb və başından aşağı töküb. Həmin vaxt hamamın içində yanan qaz plitəsi Elvin Zeynalova yaxın olduğu üçün neft alışıb, onun bədəninə alov yayılıb. E.Zeynalov yanaraq çölə çıxıb və özünü gölməçəyə ataraq alovu söndürüb.

Ona bütün bədənin II və III dərəcəli yanığı diaqnozu qoyulub.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və prosessual hərəkətlər yerinə yetirilib.

Məlumata görə, nefti hamama E.Zeynalovun anası ərinin paltarlarını təmizləmək üçün qoyubmuş. Faktla bağlı araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm