Azərbaycanda oktyabrda dövlət xətti ilə 114 ipoteka krediti verilib
01.11.2019 11:51 İqtisadiyyat

Azərbaycanda oktyabrda dövlət xətti ilə 114 ipoteka krediti verilib


Bu il noyabrın 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 344,686 milyon manat təşkil edib.

Mediapost.az İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 8,854 milyon manat və yaxud 0,7% çoxdur.

Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 114 vahid artaraq 26 999-dan 27 113-ə çatıb.

Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ oktyabrda 5,1 milyon manat artaraq 41,759 milyon manatdan 46,859 milyon manata çatıb.

Xəbərlər departamenti

Gündəm