Azərbaycandan pomidor ixrac edənlər 44 milyon dollar qazanıblar
17.04.2020 07:00 İqtisadiyyat

Azərbaycandan pomidor ixrac edənlər 44 milyon dollar qazanıblar

“MediaPost” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin 3 ayının nəticələrinə görə, Azərbaycandan xarici ölkələrə 32 769.68 ton tomat ixrac olunub ki, nəticədə də ölkəyə 43 milyon 927 min dollar gəlir gətirilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə məbləğ baxımından 18 milyon 471 min dollar və ya 72,5% çoxdur. Belə ki, ötən ilin 3 ayında tomat ixracından ölkəyə 25 milyon 457 min dollar gəlmişdi. Ötən il ixrac olunan tomatın çəkisi isə 21 371.81 ton olub.

Xəbərlər departamenti

Gündəm