Azərbaycanda professor ailəsində bədbəxt hadisə yaşanıb
02.01.2020 13:16 Hadisə

Azərbaycanda professor ailəsində bədbəxt hadisə yaşanıb

"MediaPost" xəbərinə görə, bu barədə təhsil eksperti Etibar Əliyev məlumat verib.

Belə ki, professor Rafael Əhmədovun 28 yaşlı oğlu Rüfət Əhmədov zəhərlənmə əlamətləri ilə əlaqədar xəstəxanaya qaldırılıb. Lakin o, həkimlər müdaxiləsinə baxmayaraq, həyatını itirib.

"Həkimlər R.Əhmədovu botulizm zəhərlənməsindən xilas edə bilmədilər. Əziz dostum, kədərinə şərikəm, Allahdan sənə səbr diləyirəm" - Etibar Əliyev bildirib.

Rafail Əhmədli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) şöbə müdiri olub. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fәlsәfә vә Hüquq İnstitutunda çalışır.

Xəbərlər departamenti

Gündəm