Azərbaycanda qəbul imtahanları əvvəlki formatda keçirilməyə bilər
21.04.2020 10:42 Təhsil

Azərbaycanda qəbul imtahanları əvvəlki formatda keçirilməyə bilər

"MediaPost" “Report”a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

M.Abbaszadə bu məsələ üzərində kollektivlərinin ciddi işlədiyini bildirib: “Onlar çalışırlar ki, mövcud şərait imtahanın keçirilməsinə əlavə təsir göstərməsin”.

DİM sədrinin sözlərinə görə, 1993-cü ildə imtahanlar payız ayında keçirilmişdi: “Düzdür həmin vaxt ayrı şərait idi. Düşmənlərimiz təhsil sisteminin düzgün qurulmasına imkan vermirdi. Amma indi vəziyyət daha mürəkkəb məsələdir. Hesab edirəm ki, xalqımız bu vəziyyətdən sağlam şəkildə çıxa biləcək”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm