Nazir: Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları tarixi maksimuma çatıb
2020-ci ildə qeyri-neft sektoru üzrə vergi daxilolmaları 5,6 mlrd. manat olub.
"MediaPost"un məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir: "Qeyri-neft sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76%-ə çatıb".