Azərbaycanda QHT sədri ağır qəzada ölüb
18.01.2020 07:35 Hadisə

Azərbaycanda QHT sədri ağır qəzada ölüb

"MediaPost"un Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qara Nuru kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Saatlı rayonu Azadkənd kənd sakini, Azadkənd Sudan İstifadə Edənlər İctimai Birliyinin sədri Nizami Cəfərovun idarə etdiyi "VAZ 21074" markalı 49 DF 711 dövlət nömrə nişanlı avtomobillə Saatlı rayon sakini Səmədov Əbülfət Ərəstun oğlunun idarə etdiyi "Mitsubitshi" markalı 90 OZ 941 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və "Mitsubitshi"də olan sərnişinlər - Elşad Teymurov və Feyruz Minbaşıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

N.Cəfərov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm