Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı
07.08.2020 17:56 Gündəm Cəmiyyət

Azərbaycanda reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) “MediaPost”a verilən məlumata görə, bu gün 6872 koronavirus testi edilib. Onlardan 129-ü pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 773 051-ə çatıb. 

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 261 nəfərdir. Onlardan 50 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

Hazırda ölkədə 3197 nəfər aktiv koronavirus xəstəsi var.

Xəbərlər şöbəsi

Gündəm