Azərbaycanda sabiq deputat qəzaya düşüb - FOTOLAR
01.02.2020 11:37 Hadisə

Azərbaycanda sabiq deputat qəzaya düşüb - FOTOLAR

“MediaPost”un xəbərinə görə, sabiq parlament üzvü Gədəbəy rayonunun İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən rayonun Fərzalı kəndində avtomobil qəzaya düşüb. Nəticədə nəqliyyat vasitəsi aşıb.

Qəza zamanı avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, N.Bəydəmirli 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. O, 2005-2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm