Azərbaycanda şadlıq sarayında faciə: Kişi aldığı xəsarətdən sonra keçindi
21.01.2020 08:42 Hadisə

Azərbaycanda şadlıq sarayında faciə: Kişi aldığı xəsarətdən sonra keçindi

Xaçmazda şadlıq evində bədbəxt hadisə baş verib.

"MediaPost"un APA-ya istinadən məlumatına görə, hadisə "Aygün" şadlıq sarayında qeydə alınıb.

Həmin şadlıq sarayında fəhlə işləyən, 1967-ci il təvəllüdlü Rəşid Məmmədov toy zalının asma tavanına çilçıraq bağlayarkən yıxılıb. Nəticədə 6 metr hündürlükdən mərmər döşəməyə düşən fəhlə hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbərlər departamenti

Gündəm