Azərbaycanda şagirdlər 9 gün məktəbə getməyəcək
25.01.2020 07:23 Təhsil

Azərbaycanda şagirdlər 9 gün məktəbə getməyəcək

“Report” xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.

Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) olacaq.

Tətildən sonra altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm