Azərbaycanda sarımsağın bahalaşması gözlənilirmi?
27.02.2020 13:47 İqtisadiyyat

Azərbaycanda sarımsağın bahalaşması gözlənilirmi?

Bunu “MediaPost”a kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli bildirib. Onun sözlərinə görə, Azərbaycanda illik sarımsaq istehsalı 8 min tondur.

“Sarımsaq ölkəmizdə insanların istehsalında çox cüzi yer tutur. Ölkəmizdə sarımsağa daha çox payız-qış mövsümündə tələb olur. Yay mövsümündə isə yalnız ev şəraitində hazırlanan tutmalarda istifadə olunur. Hətta sarımsağın qiyməti vaxtı ilə olduğu kimi bahalaşıb 1 kiloqramına görə, 10-15 manat olsada bu insanların alıcılıq qabiliyyətinə bir o qədər də təsir etməyəcək. Çünki biz sarımsağı çox yemirik”, - deyə mütəxəssis bildirib.

Məlumat üçün bildirək ki, ölkəmizdə sarımsağın qiyməti cüzi bahalaşıb. Koronavirus epidemiyası yayılmamışdan öncə sarımsağın topdan satış mərkəzlərində qiyməti 1 kiloqram üçün 0.70-0.80 manat idi. İndi isə sarımsağın 1 kiloqramı 1-1,15 manatdır.

Nicat Nəsirlinin sözlərinə görə, hazırda müəyyən qədər insanlara arasında narahatçılıq var. Onlar düşünürlər ki, sarımsaq koronavirus epidemiyasından qorunmaq üçün bir vasitə ola bilər. Amma bu hələ təsdiqlənməyib ki, sarımsaq bu epidemiyaya qarşı necə təsir edir.

“Bu gün Azərbaycanda sarımsaq əkinçiliyini artırmaq üçün çox yaxşı şərait var. Amma bazarın olmamasına görə, fermerlər məcburdur ki, sarımsağın payızlıq sortlarını əksinlər. Azərbaycanda faraş tərəvəzçilik və meyvəçilik üçün çox yaxşı imkanlar var. Faraş yetişdirməklə bütün faraş məhsullarımızı Rusiya bazarın da realizə edə bilərik”, - deyə Nicat Nəsirli bildirib.

Xatırladaq ki, bir müddət əvvəl yanvar ayında Rusiyada sarımsağın qiyməti 37% bahalaşmışdı. Ötən il sarımsağın 1 kiloqramı 155 rubla satılırdısa, bu il həmin çəkidə sarımsağı 212 (5 manat 50 qəpik) rubldan aşağı qiymətə almaq mümkün deyil.

Fevral ayında sarımsağın qiyməti daha 5,5% bahalaşıb. Hazırda Rusiya bazarlarında sarımsağın bir kiloqramı 246 rubla (6 manat 30 qəpik) satılır.

Xəbərlər departamenti

Gündəm