Azərbaycanda sığorta bazarının 77%-i 5 sığorta şirkətinin əlində cəmləşib
28.02.2020 10:18 İqtisadiyyat

Azərbaycanda sığorta bazarının 77%-i 5 sığorta şirkətinin əlində cəmləşib

“MediaPost” xəbər verir ki, sığorta şirkətlərinin yığım göstəricilərinə görə, ölkədə olan 22 sığorta şirkəti ümumilikdə bu ilin yanvar ayında 111 milyon 550 min manat sığorta haqqı toplayıb. Bu məbləğin 77%-i və ya 86 milyon manatı 5 sığorta şirkəti “Paşa Sığorta”(56 mln 578 min manat), “Paşa Həyat”(14 mln 991 min manat) , “İpək Yolu Sığorta”(7 mln 881 min manat) “Atəşgah”(3 mln 638 min manat) və “Atəşgah Həyat”(2 mln 979 min manat) şirkətinin “əlində” cəmləşib.

Xəbərlər departamenti

Gündəm