Azərbaycanda sığorta şirkəti baş ofisini dəyişib
29.04.2020 12:37 İqtisadiyyat

Azərbaycanda sığorta şirkəti baş ofisini dəyişib

Şirkətin yeni ofisi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 ünvanına köçürülüb.

"MediaPost" xəbər verir ki,“AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Orxan Məmmədov böyük bir sığorta şirkətinin baş ofisinin dəyişdirilməsinin mürəkkəb və çox vaxt tələb edən bir proses olduğunu bildirib: "Şirkətin fəaliyyətində bir dəqiqəlik belə fasilənin verilməsi mümkün olmadığından bu mərhələli şəkildə həyata keçirilməli idi. Müştərilərimizə fasiləsiz xidməti təmin edərək bu günə köçürülmə ilə bağlı bütün işləri tamamladıq. Artıq müştərilərə yeni ofisimizdə xidmət etməyə hazırıq”

“Ata Holding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir.

Xəbərlər departamenti

Gündəm