Azərbaycanda tədarük məntəqələrinə 285 min tondan çox pambıq təhvil verilib
25.11.2022 13:54 İqtisadiyyat

Azərbaycanda tədarük məntəqələrinə 285 min tondan çox pambıq təhvil verilib

Bu günə qədər Azərbaycanda fermerlər kondisiya çəkidə 285 743 ton pambıq yığaraq tədarük məntəqələrinə təhvil verib.

 

MediaPost xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, hazırda respublika üzrə pambığın orta məhsuldarlığı 27,4 sent/ha təşkil edir. Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, İmişli, Saatlı, Tərtər, Yevlax və Zərdab rayonlarında orta məhsuldarlıq göstəricisi ümumrespublika göstəricisindən yüksəkdir.

Bu il Azərbaycanın 16 rayonunda ümumilikdə 100 min hektardan artıq sahədə pambıq əkilib. Ən çox pambıq Saatlı, Ağcabədi, Sabirabad və Bərdə rayonunlarının ərazisində əkilib. Bu rayonların ərazisində pambıq əkinlərinin sahəsi 11 min hektardan çoxdur. Ümumilikdə respublika üzrə pambıq əkini sahələrinin 45 %-dən çoxu bu 4 rayonun payına düşür.

Pambıq yığımı prosesinə 447 kombayn və 3 085 traktor yedəyi cəlb olunub. Pambıqyığan kombaynların sayı sahələrdən məhsulun demək olar ki, hamısını texnika vasitəsilə yığmağa imkan verir.

news department

Gündəm