Azərbaycanda televiziya kanalları buna görə sənəd imzaladı
24.04.2020 16:20 Cəmiyyət

Azərbaycanda televiziya kanalları buna görə sənəd imzaladı

Milli Televiziya və Radio Şurasından "MediaPost"a verilən məlumata görə, Azərbaycan Respublikasında fəaliyyət göstərən 12 ümumrespublika televiziya kanalını təmsil edən 9 media qurumu televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıblar.

Ümumrespublika televiziya kanallarının rəhbərləri tərəfindən imzalanmış razılaşma Milli Televiziya və Radio Şurası tərəfindən ölkənin televiziya məkanında ciddi islahatların başlanğıcının işarəsi kimi qəbul edilib.

Yaxın iki həftə ərzində Milli Televiziya və Radio Şurası kabel şəbəkə operatorları, IP TV xidmət provayderləri, radio kanallar, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin, dövlət strukturları və Milli Məclis üzvləri ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaqdır.

Xəbərlər departamenti

Gündəm