Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər
08.08.2020 11:25 İqtisadiyyat

Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilər

"Azərbaycanda biznes fəallığının tədricən bərpa edilməsi istiqamətində iş aparılır”.

“MediaPost” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf deyib. 

O qeyd edib ki, əvvəlcə insanların az toplaşdığı sahələrin işinin bərpa edilməsi nəzərdə tutulub. Toylara icazə verilməsi isə müəyyən müddətdən sonra mümkündür. Çünki bu halda xeyli sayda insan qapalı məkana toplaşır. 

 

Xəbərlər şöbəsi

Gündəm