Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği açıqlanıb
28.02.2020 12:01 İqtisadiyyat

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği açıqlanıb

“MediaPost” Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 306,9 milyon manat təşkil edib. Bu göstərici ötən ilin sonu ilə müqayisədə 33,8 milyon manat və ya 2,7% çoxdur.

Belə ki, ötən il vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 273,1 milyon manat təşkil etmişdi.

Xəbərlər departamenti

Gündəm