Azərbaycanda yerli əhəmiyyətli avtomobil yolunun adı dəyişdirilib
07.04.2021 10:13 İnfrastruktur

Azərbaycanda yerli əhəmiyyətli avtomobil yolunun adı dəyişdirilib

Nazirlər Kabineti “Yerli əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında” 31 mart 2005-ci il tarixli qərarına dəyişiklik edib.

"MediaPost" xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov əmr imzalayıb.

Əmrə əsasən, Şamaxı rayonundakı “Şağiyan yolu”nun adı “Günəşli yolu”na dəyişdirilib.

Bundan başqa, Azərbaycan hökumətinin “Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 17 iyun 2014-cü il tarixli qərarında da dəyişiklik olunub. Dəyişikliyə əsasən, “Saqiyan kənd kitabxana filialı” “Günəşli kənd kitabxana filialı”, “Saqiyan kənd Mədəniyyət evi” isə “Günəşli kənd Mədəniyyət evi” adlandırılıb.

Xəbərlər şöbəsi

Gündəm