Azərbaycanda yüksək maaşların hansı sahələrdə olduğu məlum olub
19.02.2020 06:42 İqtisadiyyat

Azərbaycanda yüksək maaşların hansı sahələrdə olduğu məlum olub

“MediaPost” xəbər verir ki, ötən il ölkə üzrə ən çox əməkhaqqı mədənçıxarma sənayesində olub. Bu sahədə dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqı 1 484,3 manat, özəl sektorda çalışanlarda isə 4 008,6 manat təşkil edib.

Digər ən çox əməkhaqqı maliyyə və sığorta sahəsində çalışanlardadır. Belə ki, bu sahədə işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 630,9 manat təşkil edib.

Qeyd edilən sahədə dövlət sektorunda çalışanların orta aylıq əməkhaqqı 1 679,7 manat, özəl ektorda çalışanlarda isə 1 619,3 manat olub.

Ötən il ölkədə ən az əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində olub. Bu sahədə çalışanların orta aylıq nominal əməkhaqları 370,9 manat təşkil edib. Belə ki, bu sahədə özəl sektorda çalışanların orta aylıq nominal əməkhaqqı 420,3 manat, dövlət sektorunda çalışanlarda isə 323,9 manat olub.

Xəbərlər departamenti

Gündəm