Azərbaycandakı kredit ittifaqları ötən ili zərərlə başa vurub
25.01.2023 17:11 Maliyyə

Azərbaycandakı kredit ittifaqları ötən ili zərərlə başa vurub

Azərbaycandakı kredit ittifaqları 2022-ci ili 0,1 milyon manat zərərlə başa vurub. Halbuki, kredit ittifaqları 2021-ci ildən 0,1 milyon manat xalis mənfəətlə çıxmışdı.

MediaPost bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən il kredit ittifaqlarının gəlirləri 2,4 milyon manat (əvvəlki illə müqayisədə 4,35% çox), xərcləri 1,3 milyon manat (21,15% çox), xüsusi ehtiyatlara ayırmaları 1,1 milyon manat (3,6% az), mənfəət vergisi ödəmələri isə 0,1 milyon manat (dəyişməyib) təşkil edib.

Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 13,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,3% azdır. Bunun 11,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 7,4% kiçilib.

Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 24% azalaraq 3,8 milyon manata düşüb, balans kapitalı isə 3,2% artaraq 9,6 milyon manata çatıb.

Xəbərlər departamenti

Gündəm