Azərbaycandakı sığorta agentliklərdən birinin lisenziyası ləğv edilib
31.01.2020 13:11 İqtisadiyyat

Azərbaycandakı sığorta agentliklərdən birinin lisenziyası ləğv edilib

"Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq “Star Sığorta Agentliyi” MMC-nin müraciətinə əsasən ona sığorta agenti fəaliyyətinə verilmiş 8 noyabr 2013-cü il tarixli, 000995 nömrəli lisenziya ləğv edilib.

"MediaPost" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Xəbərlər departamenti

Gündəm