Azərbaycandan Gürcüstana gedən çinli uşaqlarda qrip virusu aşkarlanıb
31.01.2020 10:30 Cəmiyyət

Azərbaycandan Gürcüstana gedən çinli uşaqlarda qrip virusu aşkarlanıb

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, hazırda həkim nəzarətində olan 4 pasiyentin heç birində koronavirus müəyyən olunmayıb.

A.Qamkreldze qeyd edib ki, iki çinli azyaşlıda A (H1N1) virusu laborator şəraitdə təsdiq olunub. Qeyd edək ki, hər iki uşaq Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda olub.

İki Gürcüstan vətəndaşına gəlincə, mərkəz rəhbəri deyib ki, onlarda qrip aşkarlanmayıb və vəziyyətləri tam qənaətbəxş qiymətləndirilir.

O, koronavirusla bağlı Gürcüstanda təşvişə səbəb olmadığını və ölkənin bu virusla mübarizəyə tam hazır olduğunu vurğulayıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm