Azərbaycandan xurma ixrac edənlərin nə qədər qazandığı açıqlanıb
17.02.2020 09:39 İqtisadiyyat

Azərbaycandan xurma ixrac edənlərin nə qədər qazandığı açıqlanıb

2019-cu ildə Azərbaycandan 104 milyon 659,84 min dollar məbləğində təzə xurma ixrac edilib.

“MediaPost” xəbər veri ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“2019-cu ildə Azərbaycan 104 milyon 659,84 min dollar məbləğində 146,075 min ton xurma ixrac edib. 2018-ci illə müqayisədə xurma ixracı miqdar ifadəsində 3,2%, dəyər ifadəsində 8,6% azalıb”, - deyə məlumatda bildirilir.

Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, 2019-cu ildə Rusiyaya 95 milyon 277,23 min dollar məbləğində (azalma 9,4%) 118,076 min ton (azalma 7,4%) təzə xurma ixrac olunub. Ümumilikdə, ötən il Azərbaycandan təzə xurma ixracının 81%-i RF-nin payına düşüb.

2018-ci ildə Azərbaycan 114 milyon 538,97 min dollar məbləğində 150,912 min ton təzə xurma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, ötən il Rusiyaya 105 milyon 168,89 min dollar məbləğində 127,547 min ton xurma ixrac edilib.

Xəbərlər departamenti

Gündəm