Azərbaycanın cari əməliyyatlar balansında 3.4 mlrd dollar profisit yaranıb - <span>FOTO</span>
08.06.2023 16:23 Maliyyə

Azərbaycanın cari əməliyyatlar balansında 3.4 mlrd dollar profisit yaranıb - FOTO

Cari əməliyyatlar balansında 3.4 mlrd.ABŞ dolları kapital və maliyyənin hərəkəti hesabında isə 1.3 mlrd. ABŞ dolları profisit yaranıb. 

MediaPost xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim olunan 2023-cü ilin I rübü üzrə tədiyə balansı hesabatında məlumat verilib. 

Məlumata görə, 2023-cü ilin I rübü üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib. 

Mərkəzi Bank açıqlayır ki, 20223-cü ilin 1-ci rübü ərzində cari əməliyyatlar balansında 3.4 mlrd. ABŞ dolları , kapital və maliyyənin hərəkəti hesabında isə 1.3 mlrd. ABŞ dolları  profisit yaranıb, ehtiyat aktivləri 3.5 mlrd. dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 85 ABŞ dolları/barel olub, qeyri-neft-qaz ixracı isə 27% artaraq 900 mln.ABŞ dolları səviyyəsində formalaşıb.

alt text

Aynur Qəniyeva

Xəbərlər departamenti

Gündəm