Azərbaycanın daha bir güləşçisi Ermənistan idmançısını məğlub edib
10.02.2020 14:30 İdman

Azərbaycanın daha bir güləşçisi Ermənistan idmançısını məğlub edib

Apasport.az saytının məlumatına görə, 130 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi ilk görüşündə Ermənistan təmsilçisi David Ovasapyanı məğlub edib.

Pəhləvanımız 1/8 final mərhələsindəki qarşılaşmada rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb. Şəriəti bu qalibiyyət sayəsində 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha öncə Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən erməni idmançıya qalib gəlib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm