Azərbaycanın Əməkdar artisti Türkiyədə mükafata layiq görülüb
14.01.2020 16:11 Mədəniyyət

Azərbaycanın Əməkdar artisti Türkiyədə mükafata layiq görülüb

Mədəniyyət Nazirliyindən "MediaPost"-a verilən məlumata görə, İstanbul Mədəniyyət və Sənət Vəqfinin (İMSV) mədəniyyət və sənət sahəsinə, eləcə də gələcəyin sənətçilərinin yetişməsinə dəstək məqsədilə 2012-ci ildə təsis etdiyi mükafat Elvinə bu ilin iyun ayında təşkil olunacaq 48-ci İstanbul Musiqi Festivalının açılış mərasimində təqdim ediləcək.

1997-ci ildə musiqiçi ailəsində dünyaya gələn Elvin 5 yaşından skripka ifa etməyə başlayıb. Səkkiz yaşında babası - Azərbaycanın Xalq artisti, skripkaçı və dirijor Sərvər Qəniyevlə birlikdə ilk konsertini verib. Həmin il İsveçrənin Sürix Konservatoriyasının “Gənc sənətçi” proqramına daxil edilib. 10 yaşında Vladimir Spivakovun rəhbərliyi ilə “Moskva virtuozları” ilə birlikdə Kreml Sarayında ilk konsertini təqdim edib.

İspaniyanın paytaxtı Madriddə Reina Sofia İncəsənət Mərkəzinin Ali Musiqi Məktəbini bitirən gənc ifaçı hazırda Almaniyada Hannover Musiqi, Teatr və Media Universitetində təhsilini davam etdirir.

Virtuoz ifaçı indiyədək bir çox müsabiqə və festivallarda uğur qazanıb. O, gənc violin ifaçılarının K.Lipinski və Q.Venyavski adına, P.İ.Çaykovski adına, D.Oystrax adına və digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatıdır. 2008-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə onun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.

Qeyd edək ki, Aydın Gün (1917-2007) İstanbul və Ankara operalarının banisi olmaqla yanaşı, İstanbul Mədəniyyət və Sənət Vəqfinin də yaradıcısıdır. O, 1974-1993-cü illərdə İMSV-nin baş meneceri olaraq fondun bir çox layihələrinə rəhbərlik edib. A.Gün 1988-ci ildə Türkiyənin "Dövlət sənətçisi" adına layiq görülüb, “Avropa Şurası Mədəniyyət Mükafatı"nın sahibidir. 90-cı illərin sonunda ailəsi ilə Berlinə köçən opera ifaçısı sənətini orada davam etdirib, Almaniyada vəfat edib.

Xəbərlər departamenti

Gündəm