"Azərbaycan Beynəlxalq Bankı"nın gəlirləri 2 dəfədən çox azaldı
17.10.2020 09:51 Maliyyə

"Azərbaycan Beynəlxalq Bankı"nın gəlirləri 2 dəfədən çox azaldı

"Azərbaycan Beynəlxalq Bankı"(ABB) 2020-ci ilin yanvar-sentyabr ayı üzrə maliyyə göstəricilərini açıqlayıb.

"MediaPost" xəbər verir ki, bu ilin 9 ayında bankın xalis mənfəəti 2,3 dəfə azalaraq 135,397 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə isə dövlət bankı 322,987 milyon manat mənfəət əldə etmişdi. 

Hesabat dövründə ABB-nin gəlirləri 10% azalaraq 390,974 milyon manat, xərcləri isə 3% artaraq 190,42 milyon manat olub. Bankın xüsusi ehtiyatlara 23,827 milyon manat ayırıb.

ABB-nin aktivləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% azalaraq 8 187,558 milyon milyon manata düşüb. Bankın öhdəlikləri 6 863,016 milyon manat (12,3% azalma) təşkil edib. Bundan əlavə, depozit portfeli 15,9% kiçilərək 4 590,53 milyon manat olub.

 

Rahim Tarıverdiyev

Gündəm