Azərbaycanın ən böyük banklarından biri maliyyə vəziyyətini açıqladı
14.04.2020 10:02 İqtisadiyyat

Azərbaycanın ən böyük banklarından biri maliyyə vəziyyətini açıqladı

"Kapital Bank"ın aktivləri 1 aprel 2020-ci il tarixinə 4,4 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,04 milyard manat olub.

"MediaPost" xəbər verir ki, bankdan verilən məlumata görə, bankda müştəri depozitlərinin həcmi 1 aprel 2020-ci il tarixinə 3,3 milyard manat olub.

Bankın 1 aprel 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 470 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edir.

Xəbərlər departamenti

Gündəm