Azərbaycanın hansı ərazilərində virusun daha çox yayıldığını açıqlanıb - RƏSMİ
24.04.2020 17:28 Gündəm

Azərbaycanın hansı ərazilərində virusun daha çox yayıldığını açıqlanıb - RƏSMİ

"MediaPost" xəbər verir ki, bunu bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Bakı şəhərində Yasamal, Nəsimi və Binəqədi rayonları arasında yoluxma nisbətən çoxluq təşkil edir. Bu da təbii ki, əhalinin sıxlığı ilə əlaqəlidir. Ümumi aşkarlanma paytaxtımızda 50 faizdən yuxarı təşkil edir. Xaricdən idxal etdiyimiz infeksiya halları 14 faiz təşkil edir. Aparılan əks-epidemik tədbirlər nəticəsində yoluxma halları xeyli azalıb, bəzi rayonlarımızda isə tamamilə sıfırlanıb", - deyə o bildirib.

Xəbərlər departamenti

Gündəm