Azərbaycanın iki futbolçusu Barselonadakı akademiyaya göndərib
25.11.2019 10:36 Gündəm

Azərbaycanın iki futbolçusu Barselonadakı akademiyaya göndərib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının iki üzvü İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marcet” Futbol Akademiyasına yollanıb.

Mediapost.az-ın məlumatına görə, AFFA Rauf Rüstəmli (“Qəbələ”) və Musa Musazadənin (“Qarabağ”) yeniyetmə futbolçu kimi inkişafı və daha rəqabətli mühitdə məşq keçmələri üçün bu addımı atıb. Onlar akademiyada noyabrın 25-dən dekabrın 22-dək təcrübə keçəcəklər. Dörd həftə ərzində hər iki futbolçu gündəlik məşqlərlə paralel nəzəri məşğələlərə də qatılacaqlar.

Xəbərlər departamenti

Gündəm