Azərbaycanın meyiti tapılan hərbçisi ilə vida mərasimi keçirilir - FOTO
22.02.2020 11:40 Qarabağ Azərbaycandır

Azərbaycanın meyiti tapılan hərbçisi ilə vida mərasimi keçirilir - FOTO

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, onu nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq doğulub boya-başa çatdığı evinə gətirilib.

A.Abbasov Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki, Akif Elşən oğlu Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü. Fevralın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatı keçirilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm