Azərbaycanın Qarabağ bölgəsində tarix və mədəniyyət abidələri - FOTOLAR
14.10.2020 11:49 Mədəniyyət

Azərbaycanın Qarabağ bölgəsində tarix və mədəniyyət abidələri - FOTOLAR

III hissə
Antik dövrdə Qarabağ ərazisi Albaniyanın tərkibində ən iri vilayətləri əhatə edib. Qaynaqlar Qarabağ bölgəsinin tayfalarının alban-türk mənşəli olmasını təsdiq edir. Qarabağ, başqa sözlə, Kür və Araz çayları arasında yerləşirdi. Uti, Paytakaran və Arsakda əsəsən, türk mənşəli türk tayfaları (albanlar, utilər, qarqarlar və savdeylər), həmçinin gəlmə türk mənşəli tayfalar (maskutlar, saklar, gellər və ballar) yaşayırdılar. Bu tayfaların tarixi irsini yaşadan çoxlu sayda maddi mədəniyyət abidələri (kromlexlər, nekropollar, qəbirlər, xüsusilə daş qutu qəbirlər, kurqanlar və türbələr) inşa edilib.
Albaniyada, o cümlədən Qarabağda xristianlıq qəbul edildikdən sonra (IV əsr) - IV-VII əsrlərdə Albaniyanın bir sıra vilayətlərində, o cümlədən Qarabağ ərazisində alban xristian monastrları tikilib.
Ərəb xilafəti parçalandıqdan sonra (X əsrin sonlarında) isə Qarabağ ərazisində (Yuxarı Qarabağda) Alban soyuna mənsub olan Həsən Calalın dövründə (1215-1261) Gəncəsər məbədi tikilib.
Beləliklə, Qarabağ əvvəllərdə olduğu kimi, VIII-XVII əsrlərdə də Azərbaycanın ayrılmaz hissəsi olaraq, Xilafətdən sonra yaranmış Sacilər, Salarilər, Şəddadilər, Eldəgizlər, Elxanilər (Hülakülər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Osmanlılar kimi türk hakimlərin idarə etdikləri dövlətlərin tərkibində olub. Qarabağ əhalisinin əsas, aparıcı hissəsini türk tayfaları təşkil edib.
Azıx mağarası
Arxeoloji cəhətdən 1960-cı ildə öyrənilməyə başlanıb. Mağara Paleolit (qədim daş) dövrünə aid nadir abidələrdən biridir.
1968-ci ildə Azıx mağarasında görkəmli arxeoloq Məmmədəli Hüseynov tərəfindən tapılmış ibtidai insanın çənə sümüyünün bir hissəsi Azərbaycanın ən qədim insan məskənlərindən biri olduğunu sübut etməyə imkan verib.
Mağarada qalınlığı 10-14 metr olan 10 mədəni təbəqə yerləşir. Mağaradan 15 mindən çox daş alət aşkar edilib. Azərbaycan ərazisində təqribən 2 milyon il bundan əvvəl yaşayış olduğunu sübut edən Azıx mağarası ən qədim insanların düşərgəsi olub.
Xocavənd rayonu ərazisində, Quruçayın sol sahilindədir. Tağlar mağarası Orta Paleolit abidələri içərisində çoxtəbəqəli nadir düşərgələrdəndir. İbtidai insanlar bu salonlarda yaşamışlar. Tağlar mağarasından beş minə yaxın daş alət və altı mindən çox fauna qalığı tapılıb.
Şuşa şəhəri yaxınlığında Daş dövrünə aid abidədir. Mağara Zarıslı (Daşaltı) çayının dərəsində dəniz səviyyəsindən 1400m yüksəklikdədir. ‘‘Cıdır düzü’’nün altında yerləşir.
Kəlbəcərin qayaüstü təsvirləri
Kəlbəcər rayonunun Qaragöl və Zalxa gölləri sahillərində, Ayıçınqıllı və Pəriçınqıllı dağlarında qayalara həkk edilmiş təsvirlərdir.
Şortəpə
Bərdə şəhərinin 5-6 km-də, Şatırlı kəndi yaxınlığında qədim şəhər yeridir.
Kültəpə
Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında çoxtəbəqəli qədim yaşayış yeridir.
Uzuntəpə
Füzuli şəhərinin 8-10 km şimal-şərqində, Köndələnçayın sağ sahilində ilk Tunc dövrünə (e.ə. 4-cü–3-cü minillik) aid abidədir.
Xantəpə
Füzuli şəhərinin cənub-şərqində e.ə. 5-ci-2-ci minilliklərə aid çoxtəbəqəli yaşayış yeridir.
Qaraköpəktəpə
Füzuli şəhərinin yaxınlığında Köndələnçayın sağ sahilində çoxtəbəqəli qədim yaşayış yeridir.
Təzəkənd abidələri
Beyləqan rayonunun Təzəkənd kəndi ərazisindədir.
Kiçik kurqan
Ağcabədi rayonunda e.ə. 7-ci yüzilliyin ikinci yarısına aid abidədir.
Çardaqlı abidələri
Beyləqan rayonunun Aşağı Çəmənli kəndindən 1,5 km qərbdə qədim yaşayış yeridir.
Leylatəpə
Ağdam rayonunun ərazisində e.ə. IV minillikdə, Tunc dövrü Kür-Araz mədəniyyətinə aid abidədir.
Xocalı qəbiristanlığı
Xocalı şəhəri ərazisində son tunc və ilk dəmir dövrünə (e.ə. 13-7-ci yüzilliklər) aid arxeoloji abidə kompleksidir.
Üzərliktəpə
Ağdam şəhərində orta tunc dövrünə (e.ə 2-ci minilliyin birinci yarısı və ortaları) aid arxeoloji abidədir.
Yedditəpə
Füzuli şəhərindən 6 km şimal-şərqdə, Mirzəcamallı kəndi yaxınlığında, tunc dövrünə aid arxeoloji abidədir.
Üçtəpə
Ağcabədi rayonunun Salmanbəyli kəndinin yaxınlığında, Üçtəpə kurqanları olan ərazidə e.ə. 10-9-cu yüzilliyə aid yaşayış yeridir.
Sarıtəpə abidəsi
Beyləqan rayonunun İkinci Aşıqlı kəndi yaxınlığında e.ə. 7-5-ci yüzilliklərə aid qəbiristanlıqdır.

Azərbaycanın Qarabağ regionunun tarix və mədəniyyət abidələri

Qalatəpə
Ağcabədi rayonunun Şənlik kəndinin yaxınlığında orta əsrlərə aid şəhər tipli yaşayış yeridir.
Örənqala (antik dövr)
Beyləqanda qədim şəhər yeridir.
Töyrətəpə
Ağcabədi rayonunun Şənlik kəndinin yaxınlığında orta əsrlərə aid abidədir.
Çələbürd qalası
Ağdərə ərazisindədir.
Govurqala məbədi
Ağdamın Sofulu kəndindədir.
Amaras
Xocavənddə alban-xristian məbədidir.
Ağoğlan
Laçın rayonunda alban-xristian məbədidir.
Gəncəsər
Kəlbəcər rayonunun Ağdərə şəhəri yaxınlığında alban-xristian məbədidir.
Qasım Hacıyev
AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru

Xəbərlər şöbəsi

Gündəm