Azərbaycanın regionlarından Bakıya internetlə avtobus bileti almaq mümkün olacaq
20.11.2019 10:25

Azərbaycanın regionlarından Bakıya internetlə avtobus bileti almaq mümkün olacaq

Azərbaycanın regionlarından paytaxt Bakıya hərəkət edən sərnişin avtobuslarına internetlə bilet satılması üçün texniki işlər aparılır.

Bu barədə Mediapost.az-a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

"Hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən regionlara hərəkət edən avtobuslara onlayn rejimdə bilet satışı həyata keçirilir. Gələcəkdə əks istiqamətdə də internetlə bilet almaq mümkün olacaq", - o deyib.

Xəbərlər departamenti

Gündəm