Azərbaycanın Türkiyədəki səfirliyində baş verən güclü zəlzələ ilə bağlı ”qaynar xətt” yaradılıb
Səfirlikdən “Report”un Türkiyə bürosuna verilən məlumata görə, hələ ki, “qaynar xətt”ə heç bir müraciət daxil olmayıb.
Qeyd olunub ki, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.
Qaynar xətt: 00905526792565.
Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb. Zəlzələ nəticəsində dörd nəfər həyatını itirib.
"MediaPost"