Azərbaycanın Xarici İşlər naziri Tbilisiyə səfərə gəlib
23.12.2019 09:24 Siyasət

Azərbaycanın Xarici İşlər naziri Tbilisiyə səfərə gəlib

Mediapost.az xəbər verir ki, səfərin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirlərinin 8-ci üçtərəfli görüşündə iştirak etməkdir.

Görüşdə üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional iqtisadi layihələr və təhlükəsizlik məsələləri barədə müzakirələr aparılacaq. Sonda birgə bəyannamənin qəbulu da gözlənilir.

Nazir Elmar Məmmədyarovun ikitərəfli görüşləri də nəzərdə tutulub.

Xəbərlər departamenti

Gündəm