Azərbaycanlı hakim dünya çempionatında Braziliyanın oyununu idarə edəcək
20.11.2019 07:26 Gündəm

Azərbaycanlı hakim dünya çempionatında Braziliyanın oyununu idarə edəcək

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov Paraqvayda keçiriləcək dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb.

Apasport.az saytının məlumatına görə, Braziliya – Oman görüşünün hakimi İnqilab Məmmədov olacaq.

Bu qarşılaşma noyabrın 22-də keçiriləcək.

Qeyd edək ki, noyabrın 21-də start götürəcək mundial dekabrın 14-də başa çatacaq.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm