Azərbaycanlı milyarderə məxsus şirkətin yığıncağı yenidən ləğv olundu
Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının noyabrın 6-na nəzərdə tutulmuş növbəti ümumi yığıncağı qeyri-müəyyən müddətə təxirə salınıb.
"MediaPost" xəbər verir ki, qərar Azərbayacanda xüsusi karantin rejiminin dekabrın 1-i, saat 06:00-a qədər uzadılması ilə əlaqədar olaraq verilib.
Qeyd edək ki, daha əvvəl QSC-nin səhmdarlarının 22 iyun 2020-ci il saat 14.00-a təyin edilmiş növbəti ümumi yığıncağı ləğv olunmuşdu.
Xatırladaq ki, Teymur Əhmədov adına “AzNar” QSC-nin təsisçi və majoritar səhmdarı azərbaycanlı milyarder Fərhad Teymur oğlu Əhmədovdur. O, həm də 2012-ci ildən "AzNar" QSC-nin Direktorlar Şurasının sədridir.