Azərbaycanlı milyarderin Göyçaydakı şirkəti yığıncaq keçirir
22.09.2020 08:53 Sahibkarlıq

Azərbaycanlı milyarderin Göyçaydakı şirkəti yığıncaq keçirir

Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"MediaPost" xəbər verir ki, yığıncaq 6 noyabr 2020-ci il saat 16.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda baş tutacaq.

Yığıncağın gündəliyinə Teymur Əhmədov adına “AzNar” QSC-nin 2019-cu il üçün illik maliyyə hesabatları, 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə dividendlərin elan edilməsi və ödənilməsi, cəmiyyətin nizamnamə kapitalı, direktorlar şurası, icra orqanı və cəmiyyətin yeni redaksiyada nizamnaməsi barədə məsələlər daxildir.

Qeyd edək ki, Teymur Əhmədov adına “AzNar” QSC-nin təsisçi və majoritar səhmdarı azərbaycanlı milyarder Fərhad Teymur oğlu Əhmədovdur. O, həm də 2012-ci ildən "AzNar" QSC-nin Direktorlar Şurasının sədridir.

Könül Vəliyeva

Gündəm