Azərbaycanlı narkotacir Türkiyədə saxlanıldı
Türkiyənin Tekirdağ bölgəsində "TEM" magistral yolunda keçirilən axtarış əməliyyatında tırda olan yanğınsöndürmə balonlarının içində gizlədilmiş 18.2 kq eroin ələ keçirilib.
"MediaPost" xəbər verir ki, əməliyyat zamanı narkotikdən əldə edildiyi düşünülən 1500 avro və 600 dollar pul da aşkar edilib.
Bildirilib ki, hadisədə şübhəli bilinən Azərbaycan vətəndaşı Ü.N. nəzarət altına alınıb.
Faktla bağlı cinayət işi açılıb.