Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi - <span>VİDEO</span>
12.04.2021 19:22 Hadisə

Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi - VİDEO

Moskvada əslən azərbaycanlı “qanuni oğru” Əli Heydərov qətlə yetirilib.

Bu barədə rus mənbələr məlumat yayıb.

“Albert Rıjıy” kimi tanınan mərhum yaşadığı binanın idman zalında bir neçə nəfərin hücumuna məruz qalaraq öldürülüb. Qatillər hadisə yerindən qaçmağa müvəffəq olublar.

Maraqlıdır ki, Albert idman zalına cangüdənləri ilə gəlib. Lakin hücum anında onlar mərhumun yanında olmayıblar.

Hazırda cinayət yerində hüquq-mühafizə orqanları araşdırma aparır.

Qeyd edək ki, Albert “Ded Xasan” cinayətkar klanının üzvü olub.

Xəbərlər şöbəsi

Gündəm